2022-ci ilin yanvar-aprel aylarında ölkədə 39,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu barədə 16 may tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Bildirilib ki, ÜDM istehsalının 54,8%-i sənaye, 7,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i tikinti, və 14,5%-i isə digər sahələrin payına düşüb.
Qeyd olunub ki, əhalinin hər nəfərinə düşən ÜDM 3 938 manat təşkil edib.