Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network) meymunçiçəyini pandemiya elan edib. Bu haqda məlumat iyunun 23-də qurumun Facebook hesabında paylaşılıb.
Bildirilib ki, indiyədək dünyanın 58 ölkəsində 3 417 yoluxma qeydə alınıb. Şəbəkə yayılmanın qarşısını almaq məqsədilə qlobal tədbirlər görməyə çağırıb.
Bundan əvvəl məsələ ilə bağlı ÜST açıqlama vermişdir. Təşkilatın mütəxəssisləri meymunçiçəyinin pandemiya ilə nəticələnməyəcəyini ehtimal edirlər.