Paytaxtın “Bravo” supermarketlər şəbəkələrində üztanıma texnologiyası ilə təchiz edilmiş ödəniş aparatlarına rast gəlmək olar.
İstifadəçilər bu xidmətdən SmilePay tətbiqini yükləyərək yararlana bilərlər.
İlk addımda sözügedən tətbiqdən istifadə etmək üçün müştəri simasını qeydiyyatdan keçirməlidir. Daha sonra sistemə bank kartının məlumatları əlavə olunmalıdır.
Qeyd edək ki, cari ayın əvvəlindən “Bravo” supermarketlər şəbəkəsində üztanıma texnologiyası ilə ödənişlərin edilməsinə başlanılacağı bildirilmişdir.