Xaçmazın Tel kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda iyunun 21-də Baku.es xəbər yayıb.
Məlumata əsasən, 50 yaşlı qadın evin həyətindən üzüm yarpaqları yığarkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin buna baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.