Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Bu haqda mayın 26-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.
354 qaziyə stasionar və ambulator reabilitasiya xidmətləri göstərilib.
Postmüharibə dövründə 1400 müharibə əlilinə 18 000 reabilitasiya vasitəsi verilib, 2500 hərbçi reabilitasiya xidmətləri ilə təmin edilib.
2900-dən çox şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı verilib.