Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bu haqda iyunun 23-də Report məlumat yayıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-yə məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında “böhtan” maddəsinə uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum edilmişdir.