Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən parkinqdən 5 velosiped oğurlayan 2 şəxs tutulub. Bu barədə iyunun 27-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərxan Əhmədov və Şahverdi Zeynalov oğurladıqları velosipedləri satdıqlarını bildiriblər.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bu qanunsuz əməldən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" zəng mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat vermələri xahiş olunur.