İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC-ni 715 227 manat cərimələyib. Bu barədə 3 noyabr tarixində Dövlət Xidməti məlumat verib.
Qurum qarabaşaq məhsulunun topdansatışı bazarının rəqabətliliyi, bazarda hökmran mövqedən sui-istifadə hallarının və qiymət manipulyasiyasının olub-olmaması ilə bağlı araşdırmalar aparıb.
"Veysəloğlu"nun qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu, bundan istifadə edib satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. “Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərini pozduğu əsas götürülərək şirkətə maliyyə sanksiyası tətbiq olunub.