Xaçmaz rayonunda 14 may tarixində aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçirilib. Bu barədə 14 may tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, festival kənd təsərrüfatı naziri İnam Kərimov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, fermerlər və sahibkarların iştirakı ilə keçirilib.
Tədbirin məqsədi kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etməkdir.
Festivalda kənd təsərrüfatı texnikalarının sərgi-satış yarmarkası təşkil olunub. Həmçinin yeni növ “Bahar” çörəyinin, “Paytaxt” və “Xaçmaz” brendlərinin təqdimatı keçirilib.
[URIS id=48402]