Xaçmaz rayonu, Xudat şəhərində avtomobil ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Bu barədə mayın 21-də Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Opel” markalı minik avtomobili ağaca çırpılıb. Yaralanaraq sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.