Ayrı-ayrı vaxtlarda evlərdən oğurluq edən Xaçmazın Nərəcan kənd sakini saxlanılıb. Bu haqda mayın 18-də Report xəbər paylaşıb.
Sözügedən şəxs evlərə daxil olaraq oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və digər əşyalar oğurlayıb. O, həmçinin xalasının evindən ümumilikdə 5 800 manat dəyərində qızıl-zinət əşyaları və pul aparıb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.