Xaçmazda bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Bu barədə mayın 31-də Report xəbər verib.
Hadisə ət kombinatı adlanan ərazidə baş verib.
Məlumata əsasən, səkkiz nəfər iki qardaşı - 1989-cu il təvəllüdlü Tural Yaqubovu və qardaşı Anar Yaqubovu döyüblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.