Xaçmazda qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə 14 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, rayon ərazisində qanunsuz ov edən Elxan Məmmədov saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.