Xaçmazda yol qəzasında 3 nəfər xəsarət alıb. Bu barədə mayın 27-də Report xəbər yayıb.
Hadisə Xudat-Nabran yolunun Müqtədir kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Opel Astra" markalı minik avtomobili qarşısında qəfil manevr edən digər maşını vurmamaq üçün istiqamətini dəyişib.
Nəticədə "Opel Astra" idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 1986-cı il təvəllüdlü Samir İsayev, 1979-cu il təvəllüdlü Elnur İsayev və 1968-ci il təvəllüdlü Cavid Fərmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.