Xaçmazda Ağçay çayından sel keçməsi nəticəsində bir nəfər minik avtomobilində köməksiz vəziyyətdə qalıb. Bu barədə mayın 26-da Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndindən keçən hissəsində sel baş verib. Rayon sakini, 51 yaşlı Namiq Dadaşovun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində təhlükəli vəziyyətə düşüb.
FHN-nin əməkdaşları vətəndaşı çaydan çıxararaq xilas ediblər.