Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda iyulun 1-də Report məlumat yayıb.
Belə ki, Gəndob-Xaçmaz-Yalama yolunun Mürşüdoba kəndindən keçən hissəsində TIR və "VAZ-2107" markalı avtomobillər toqquşub. Minik maşınının sürücüsü hadisə yerində həlak olub.
Qəza zamanı Dağıstan vətəndaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.