İyun ayı üzrə xaricdə təhsil alan 79 nəfərin diplomu tanınmayıb. Bu barədə iyulun 1-də Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
208 müraciət barədə isə müsbət qərar verilib.
Müraciətlərin mənfi qərarla yekunlaşmasına səbəb aşağıdakılardır:
- tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması - 35 nəfər;
- tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması - 17 nəfər;
- təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması - 16 nəfər
- digər səbəblər - 11 nəfər.
Ümumi müraciətlərin ölkələr üzrə statistikasına əsasən, ilk üçlükdə Rusiya (88), Türkiyə (71) və Ukrayna (66) qərarlaşıb.