Paytaxtın Nərimanov rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə iyunun 11-də Daxili İşlər Nazirliyinin nümayəndəsi Elşad Hacıyev məlumat verib.
Saxlanılan şəxsdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 320 ədəd metadon həbi və elektron tərəzi aşkarlanıb. Onun sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirin vədlərinə aldanaraq narkokuryerlik etdiyi məlum olub. O, narkotik satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Sözügedən sakin barəsində həbs qətimkan tədbiri seçilib.