Xızıda “Xaş-xaş-2022” şərti adlı əməliyyat nəticəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib.
Şorabad kənd sakini Elmin Əliyevdən meşə zolağında əkib yetişdirdiyi külli miqdarda çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.