Zərdabda “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə iyunun 28-də Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Kür çayının Bıçaqçı kəndindən keçən hissəsinin sahilində 1 ton 124 kiloqram çətənə kolu kökündən çıxarılaraq yandırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan öncə “Xaş-xaş-2022” əməliyyatları çərçivəsində Oğuzda 4 tona yaxın çətənə kolu məhv edilib.