top
Xəstə ağır vəziyyətdə idi - Klinikadan iddialarla bağlı AÇIQLAMA
29 may 2025, 06:57
- ↺ +

"Xəstə ağır vəziyyətdə idi" - Klinikadan iddialarla bağlı AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

29.05.2025-ci il tarixində sosial şəbəkələrlər səhər saatlarında “Məlhəm Beynəlxalq Hospital” MMC-də vəfat etmiş 22.09.1968-ci il təvəllüdlü Soltanov Şahid Maqsud oğlu barəsində heç bir hüquqi və faktiki əsası olmayan, yalan, həqiqətə uyğun olmayan və Hospitalın işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmaqda davam etdiyindən baş vermiş ölüm hadisəsinin obyektiv səbəblərinin ictimaiyyətin diqqətinə çatdırılmasına zərurət yaranmışdır.

Klinikadan Insanoid.com-a verilən məlumata əsasən, 22.09.1968-ci il təvəllüdlü Soltanov Şahid Maqsud oğlu 17.05.2025-ci il tarixində şiddətli qarın ağrısı və bulantı-qusma şikayətləri ilə Hospitalın Təcili Yardım Şöbəsinə daxil olmuşdur. İxtisaslı həkim müayinəsindən sonra ona XBT10 kodu üzrə K85.8 “Digər kəskin pankreatitlər”, R65.3 “Orqan çatışmazlığı ilə qeyri-infeksion mənbəyə qarşı ümumi iltihablı cavab reaksiyası sindromu” əsas diaqnozlar qoyulmuşdur. Ş.M.Soltanovda E11.0 “İnsulindən asılı olmayan şəkərli diabet” və I10 “Essensial (birincili) hipertenziya” yanaşı gedən xəstəliklər olmuşdur.

Xəstə “Məlhəm Beynəlxalq Hospital” MMC-yə daxil olduqdan sonra stasionar şöbəyə yatırılmış və müvafiq müalicələrə başlanılmışdır. 22.05.2025-ci il tarixində xəstənin klinik vəziyyəti ağır olduğundan konsilium təşkil olunmuş və mövcud vəziyyətlə bağlı müalicəsi davam etdirilmişdir. KT müayinəsi zamanı Ş.M.Soltanovda sol tərəfli plevral maye və 40-50% nekrotizan pankreas toxuması aşkar olunmuşdur. Xəstənin vəziyyəti 23.05-28.05.2025-ci il tarixləri arasında ağır olmuşdur.

29.05.2025-ci il tarixində saat 07:03 radələrində xəstədə kardiak arrest izlənmiş və CPR başlanmışdır. Xəstə intubasiya olunaraq süni tənəffüs aparatına qoşulmuş və qapalı ürək masajı olunaraq reanimasiya şöbəsinə gətirilmişdir. 50 dəqiqə ərzində bütün reanimasiya tədbirlərinin həyata keçirilməsinə baxmayaraq saat 07:53 radələrində bioloji ölüm baş vermişdir. Xəstəyə tibbi yardım göstərilən bütün müddət ərzində bu və ya digər tibbi və ya texniki qüsura yol verilməmişdir.

Qeyd edirik ki, nekrotizan pankreatit ölüm ehtimalı yüksək olan xəstəlikdir.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər