Xəzər rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə iyunun 13-də DİN məlumat yayıb.
Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun evinin həyətindən ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib. O, ifadəsində bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Video: YouTube Baş Narkotiklərlə Mübarizə İdarəsi