Xəzər Universitetinin bufet rəhbərliyi cəzalandırılıb. Bu haqda mayın 26-da Lent.az məlumat yayıb.
“Dünən axşam saatlarında Xəzər Universitetinin bufetində asılmış elan artıq yığışdırılıb və bufet rəhbərliyi vəzifəsindən sui-istifadə etdiyi üçün tədbirlər görülüb”, - Xəzər Universitetinin mətbuat katibi Əlövsət Əmirbəyli bildirib.
Qeyd edək ki, ötən gün Xəzər Universitetində yeməkxananın girişində asılmış elanda bufetə kənardan yemək gətirən tələbəyə töhmət veriləcəyi yazılmışdı.