Hərbi qulluqçu əsgər Əziz Məlikovun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış materiallar Hərbi Prokurorluqda araşdırılıb. Bu barədə mayın 25-də Hərbi Prokurorluqdan APA-ya bildirilib.
Hərbçiyə Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi açılıb. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, mayın 24-də əsgər Əziz Məlikov intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib və qanunsuz hərəkətlərə yol verib. O, törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.