Xızıda 51 yaşlı qadın iyunun 1-i küt alətlə xəsarət alıb, iyunun 5-i isə aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Bu haqda iyunun 8-də APA Prokurorluğa istinadən məlumat verib.
Mərhum şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı tərəfindən küt alətlə baş nahiyəsindən çoxsaylı xəsarətlər alıb, sonra da xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi açılıb.
Hazırda mərhumun həyat yoldaşı ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib.