Xızıda baş verən yol qəzasında bir nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Hadisə mayın 30-da rayonun Məşədihəsən kəndində qeydə alınıb. Belə ki, paytaxt sakininin idarə etdiyi “Mitsubishi” və Xaçmaz rayon sakininin idarə etdiyi “Toyota” markalı avtomobillər Altıağac qəsəbə sakininin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub. Nəticədə motosikletçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.