Xızıda yol qəzası baş verib, 2 nəfər həlak olub. Bu haqda iyunun 15-də APA məlumat yayıb.
Hadisə iyunun 14-də saat 18:00 radələrində Giləzi qəsəbəsində qeydə alınıb.
“Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində adıçəkilən ikinci avtomobilin sürücüsü və bir sərnişini vəfat edib, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.