Xızıda oğurluq hadisəsi qeydə alınıb. Bu barədə 17 yanvar tarixində Report məlumat verib.
Belə ki, rayonun Giləzi qəsəbəsi ərazisində Suvarma Sistemləri İdarəsinin hidrotexniki qurğularından 6 ədəd beton halqa, Şorabad kəndi ərazisində isə suburaxıcı qurğu reduktorla birgə oğurlanıb.
Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Əlyar Hüseynov və Nurlan Qasımov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.