Xızı rayonunda yük avtomobili aşıb. Bu barədə mayın 23-də Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə Sitalçay kəndində baş verib. “Shacman” markalı yük avtomobili yol kənarına aşıb.
Hadisə yerinə cəlb olunan FHN-nin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.