Xocavənd rayonunda “Xaş-xaş-2022” adlı əməliyyat zamanı yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu haqda iyunun 15-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Böyük Tağlar kəndinin ərazisində çəkisi 1 tondan artıq olan 2436 ədəd çətənə kolu yandırılaraq məhv edilib.