Xocavənddə tərk edilmiş hərbi mövqelərdən silah-sursat və partlayıcı vasitələr aşkarlanıb. Bu barədə noyabrın 5-də DİN-dən məlumat verilib.
Rayon ərazisində keçirilən tədbirlər nəticəsində 2 avtomat, 1 qumbaraatan, 4 əl qumbarası, 9900 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.