Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb. Bu barədə Trend 13 yanvar tarixində məlumat verib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün axşam saatlarında rayonun Ağburun qəsəbəsi ərazisində baş verib.
Həmin ərazidə heyvan otaran 52 yaşlı Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Sursat E.Hümbətovun əlində partlayıb.
Hadisə nəticəsində E.Hümbətov yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər.
Araşdırma aparılır.