Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.
Mayın 24-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində yağış leysan xarakterli, intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.5 metrə çatıb.