2022-ci ilin yanvar-aprel aylarında 13,7 mindən çox şəxs münasib işlərlə təmin edilib. Bu barədə 14 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, 4,3 min nəfər kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Bildirilib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən 1023 işsiz şəxs peşə hazırlığına cəlb olunub.
Qeyd olunub ki, yanvar-aprel aylarında 5,5 mindən çox şəxs isə peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.