2022-ci ilin 4 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəzlərin ixrac dəyəri 24% artıb. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin 19 may tarixli hesabatında əks olunub.
Məlumata əsasən, sözügedən dövr ərzində tomatın ixracı 38%, meşə fındığı ixracı 39%, alma ixracı isə 31% artıb.
Bildirilib ki, cari ilin 4 ayı ərzində qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr sırasında Türkiyə, Rusiya və Gürcüstan ilk üçlükdədir.