Yardımlıda yabanı halda bitən narkotik tərkibli bitki aşkar olunub. Bu barədə iyunun 29-da Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.
Belə ki, “Xaş-xaş-2022” şərti adlı əməliyyat zamanı Alar kəndində çəkisi 2,5 tona yaxın olan 24 mindən çox xaş-xaş bitkisi tapılıb.
Bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.