Yardımlı rayonunda qarlı hava şəraiti səbəbindən qəza baş verib. Bu barədə Report 11 yanvar tarixində məlumat verib.
40 yaşlı Yusif Kərimov sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.
Xəstəxanaya çatdırılan sürücüyə bədənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.