Yardımlıda icra hakimiyyətində çalışan gözətçini cərəyan vuraraq öldürüb. Bu haqda iyunun 13-də Baş Prokurorluq məlumat yayıb.
İnsident iyunun 11-i saat 13:00 radələrində baş verib. 1982-ci il təvəllüdlü Sərhad Sultanov su nasosunu təmir edən zaman həlak olub.
Faktla bağlı cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.