Yardımlıda qadını qətlə yetirməkdə təqsirləndirilən Firqət Məstiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu haqda oktyabrın 20-də APA xəbər yayıb.
Hadisə iyulun 6-da saat 22 radələrində baş verib. Ostair kənd sakini, 1962-ci il təvəllüdlü Gülxar Məmmədova yaşadığı evin həyətində yerləşən ərzaq mağazasında qətlə yetirilib.
Onu həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyev balta ilə baş və boyun nahiyələrinə xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.