Paytaxtın Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb. Bu barədə iyunun 3-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onlardan ümumilikdə 30 kiloqram 500 qram heroin, marixuana, tiryək və metamfetamin aşkar olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar cinayət işləri açılıb.