Dünən gecə radələrində paytaxtın Yasamal rayonunda “Porsche” markalı avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report iyunun 14-də xəbər yayıb.
Hadisə M. Xiyabani küçəsində baş verib. Ç. Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə piyada zolağından keçən 16 yaşlı Ayxan Səlimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.