Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb. Bu barədə Oxu.az şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sözlərinə istinadən məlumat verib.
O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib.
“Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”, - deyə o söyləyib.