top
Yaz yorğunluğundan özümüzü necə xilas edək? – Mütəxəssislərdən AÇIQLAMA
21 aprel 2025, 09:18
- ↺ +

Yaz yorğunluğundan özümüzü necə xilas edək? – Mütəxəssislərdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Havaların isinməsi, təbiətin oyanışı əhvalımızı yaxşılaşdırsa da, bəzi insanlarda narahatlıq yaradır. Martın əvvəlindən başlayan yorğunluq, halsızlıq, yuxusuzluq kimi əlamətlərdən şikayətlər səslənir. Bu hal “bahar yorğunluğu” adlandırılır və çox yayılmış vəziyyətdir.

Bəs, görəsən, yaz yorğunluğunun səbəbləri və ondan xilas yolları nələrdir?

Mövzu ilə bağlı Bakuplus.az–a açıqlama verən həkim-fitoterapevt Elnur Eldaroğlunun sözlərinə görə, yaz fəslində insan orqanizmində müəyyən dəyişikliklər baş verir:

“Qan dövranı sistemi, həmçinin hormonal balansla bağlı dəyişikliklər meydana gəlir. Bu, normaldır. Bu kimi hallar təkcə insanlara aid deyil, digər canlılar üçün də keçərlidir. Belə dövrdə insanlar yorğun ola, yaz depressiyasına girə bilirlər. Bəzilərində xroniki yorğunluq sindromu olur. Təzyiq xəstələrinin təzyiqi qalxıb-düşür. Qastritlərin aktivləşdiyi, revmatiklərin artdığı bir dövrə gəlib çıxmışıq.

Allergiya da təbiətin oyanışı ilə bağlıdır. Ən çox insanları narahat edən isə xroniki yorğunluq sindromudur. Heç nəyə həvəsin olmaması halları müşahidə edilir. Bu istər zehni, istərsə də fiziki və ya cinsi olaraq özünü göstərir. Xronikiləşməməsi lazımdır. Belə vaxtlar açıq havada gəzmək və idman etmək mütləqdir. Əgər çox ciddi yuxu problemləri yoxdursa, yuxu rejimini daha normal rejimə gətirmək lazımdır. Anormal yuxu rejimi hormonal problemlərə və ciddi xəstəliklərə gətirib çıxara bilər. İnsanlar normal hobbilər ilə məşğul olmalı, təbii qidalara üstünlük verməlidirlər”.

Psixoloq Gülər Məmmədova isə qeyd edib ki, ümumiyyətlə hava ilə əlaqədar olaraq bir çox insanlarda psixosomatik problemlər yaranır:

“Nəzərə alsaq ki, yaz ayında mütəmadi yağış yağır, külək və tutqunlu hava şəraiti  olur, yaz fəslinin yaratdığı hava dəyişkənliyi bir çox insanların psixoloji durumuna müəyyən şəkildə təsirsiz ötüşmür, əhvalına təsir edir.

Bəzi şəxslər yağış yağarkən çox qəmgin olur, müəyyən stresə qapılır, əhvalında düşkünlük yaranır. Bu tip insanlarda havanın dəyişkənliyi ilə əlaqədar psixoloji cəhətdən dayanıqlılıq pozulur, onların müxtəlif situasiyalarda verdiyi reaksiyalar qeyri-adekvat ola bilir. Bir qisim insanlar üçünsə təbiətdə baş verən bu dəyişikliklər heç bir əhəmiyyət kəsb etmədiyindən onlar psixoloji cəhətdən özlərini rahat hiss edirlər. Həmin şəxslər fəsildən asılı olmadan, havanın hər hansı bir vəziyyətinə əhəmiyyət vermədən psixoloji durumu gözəl şəkildə idarə edə biləcəklər”.

Psixoloq qeyd edib ki, bu tip insanlar havanın istənilən vəziyyətində, hər cür şəraitdə zövq alırlar.

“Onlar həyatın fəlsəfəsini dərk edən insanlardır, baş vermiş təbii hadisələr onlar üçün psixoloji cəhətdən gərginlik yaratmır. Çox pozitiv olurlar, həyata bağlanırlar. Onların əksi olan insanlar isə özlərinə qapanır, stresə meylli olurlar, narahatlıqlarını ətrafa da sezdirirlər”, – deyə G.Məmmədova əlavə edib.

Nəzrin Vahid

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər