Yüksək Texnologiyalar Parkının rezidenti olan “Proline Chemicals” MMC texnoparkda, müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb. Bu barədə 16 iyun tarixində AMEA Yüksək Texnologiyalar Parkının Facebook səhifəsində məlumat verilib.
Müəssisədə avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, otel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.