Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən döyüş mövqelərinə səfər edib. Bu barədə 18 iyun tarixində Müdafiə Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, nazir həmin ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Sonra general-polkovnik qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Sonda nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.