Bu gün, iyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Nazir ali hərbi rütbələrlə təltif olunan hərbi qulluqçuları təbrik edib.
Zakir Həsənov bir sıra məsələlərlə bağlı öz tapşırıqlarını verib.