Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağılan yeni tikilən binanın podratçıları qaçarkən tutulublar. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 11 fevral tarixində xəbər verir.
Hatayda 2013-cü ildə “Rönesans Rezidans” adlı tikinti şirkəti tərəfindən inşa olunan bina bir anın içində yerlə-yeksan olunub.
Bu hadisədən sonra “Rönesans Rezidans” adlı tikinti şirkətinin podratçıları qaçmağa cəhd göstəriblər.
Onlar hava limanında saxlanılıblar.