Zaqatalada 73 yaşlı kişi həmkəndlisini bıçaqlayıb. Bu haqda iyunun 24-də Lent.az məlumat yayıb.
İnsident gecə saatlarında Mosul kəndində baş verib. Zərərçəkmişin qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib. O, xəstəxanaya çatdırılıb və hazırda müalicəsi reanimasiya şöbəsində davam edir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.