Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə 11 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə iyunun 10-u rayonun Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü Balakən rayon sakini idarə tediyi “VAZ 21011” markalı minik avtomobili ilə Zaqatala rayon sakininin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.