Zaqatalada bu gün səhər saatlarından küləklə müşahidə olunan yağış bir sıra fəsadlar törədib. Bu haqda iyunun 29-da Report məlumat verib.
Muxax çayının daşması nəticəsində Muxax kəndində yaşayış evlərinin həyətlərinə su dolub. Bəzi tikililərin dam örtüyü uçub. Ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb və kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda yağış davam edir.
[URIS id=56580]